Uveitlər
Üveit uvea toxumunun (damarlı qişa, bəbək və siliar cisim) iltihabıdır.
Yaratdığı Şikayətlər:
- gözün qızarması
- gözlərin sulanması
- ləkəli və ya bulanıq görmə
- göz almaslarında güclü ağrı
- gözlərdə ani işıq saçma hissi
- görmə qabiliyyətinin ani itməsi
- işığa qarşı həssaslıq və qamaşma
Uveit səbəbsiz, revmatizmal səbəbli və infeksion mənşəli ola bilər. Bura soyuqlama, immunitet sisteminin və ya metabolizmin pozulması - bruselyoz, xlamidiya, toksoplazmoz, tüperklyoz, sifilis və ya revmatizm, göz travması xəstəlikləri kimi müxtəlif yoluxucu xəstəliklər aid edilir.
Müalicə zamanı göz damcıları, mazlar, şəklində yerli müalicə təyin edilir konyunktiva və parabular nahiyə altına inyeksiyalar yeridilir.
Bəzi hallarda yüksəlmiş gözdaxili təzyiqi aşağı salmaq üçün vasitələr (damcılar, hirudoterapiya) tətbiq olunur.