Torlu qişanın qopması xəstəliyi
Torlu qişanın qopması ən çox torlu qişada dəlik və ya cırılma nəticəsində yaranır. Şüşəvari cisim cırılma yerindən torlu qişanın altına axır və onu piqmentli retina epitel hüceyrələrindən qopardır.
- uçan cisimlər
- dalğalı görmə
- sayrışan nöqtələr
- gözdə işıq çaxmaları
- gedərək böyüyən boz-qara pərdə
- görmə sahəsinin daralması - kimi şikayətlər torlu qişanın yırtıq və qopmasına işarədir
Sadalanan simptomlar gözardı edilərsə və torlu qişanın qopması baş verərsə, bu, korluqla nəticələnə bilər!
Bəzən degenerasiyalar simptomsuz olurlar və ancaq göz dibi müayinəsi ilə aşkarlanırlar. Bu degenerasiyalar vaxtında aşkarlanıb lazer fotokoagulasiya olunduqları yəni möhkəmləndirildikləri zaman torlu qişanın qopma riski dəfələrlə azalır.
Yırtıq və qopmalar niyə baş verir?
- periferik degenerasiyalar
- gözdə keçirilmiş cərrahi əməliyyatlar
- travmalar və diabetik retinopatiya
- miopiya (bu şəxslər ciddi risk altındadırlar)
Müalicə mümkündür. Sadəcə gözündə sadalanan şikayətləri olanlar, eynək istifadə edənlər, miopiyası olanlar və heç bir şikayətiniz olmasa belə ildə ən azı bir dəfə göz müayinəsində olmalısınız.