Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Sarı nöqtə xəstəliyi

Sarı nöqtə xəstəliyi

Pasiyentlər arasında Sarı nöqtə xəstəliyi kimi tanınan makula degerenasiyası yaşlanmanın səbəb olduğu, gözün retina qatında görmə imkanı yaradan hüceyrələrin geri dönməz itkisi ilə inkişaf edən bir xəstəlikdir.

Belə ki, sarı nöqtə deyilən yer görməni təmin edən şüaların sinir siqnalına çevrildiyi ən işlək nöqtədir. Burada yaranan bir narahatlıq qalıcı bir ziyana gətirib çıxarar.

55 yaşdan yuxarı şəxslərdə görmə itkisinin ən çox inkişaf edən üç səbəbindən biridir. Buna görə də 55 yaşdan yuxarı insanlar hər il rutin göz müayinələrindən keçməlidirlər.

Xəstələrin baxdıqları yerin ortasını görməməsi, oxuya bilməməsi kimi şikayətləri ortaya çıxır. Xəstəlik artdıqca mərkəzi görməyən hissə genişlənir və xəstələr yandan gördükləri qədər görüntü ilə kifayətlənirlər.