Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Qlaukoma (qara su)

Qlaukoma (qara su)

Qlaukoma (qara su) - göz təzyiqinin qalxması, görmə sahəsinin daralması və tədricən görmə sinirinin atrofiyası ilə xarakterizə olunan xəstəliklər qrupudur.

"Qara su" kimi tanıdığınız Qlaukoma – göz təzyiqinin qalxması, görmə sahəsinin daralması və tədricən görmə sinirinin atrofiyası ilə xarakterizə olunan xəstəliklər qrupudur.

Görmənin itirilmə səbəbi göz təzyiqinin yuxarı olmasıdır. Və təəssüf ki, insan göz təzyiqinin yuxarı və ya aşağı olduğunu heç cür hiss edə bilmir.

Yüksək göz təzyiqi olan hər kəs Qlaukomadan əziyyət çəkir demək düzgün deyil. Şəkər xəstələri, yüksək miopiyası olanlar, yüksək hiperopiya, miqren, göz zədələri, anemiya xəstələrində, yüksək-alçaq arterial sistem təzyiqi olan şəxslərdə Qlaukoma riski daha yüksəkdir.

Qlaukomanı müalicə etmək mümkün deyil, lakin kontrolda saxlamaq olar. Bu, xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, medikamentoz və ya cərrahi üsulla həyata keçirilir.

İllər ərzində görmə sinirini zədələyərək proqressivləşən xəstəlik görmə qabiliyyətinin itirilməsi ilə nəticələnir. Bu səbəbdən xəstəliyin erkən aşkarlanması və müalicəsi çox önəmlidir. Əks təqdirdə korluq qaçılmazdır.