Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Miyopiya (yaxıngörmə)

Miyopiya (yaxıngörmə)

Miyopiya (yaxıngörmə) - uzaqda yerləşən əşyalar qarışıq görünür. Yaxıngörmədə isə heç bir problem olmur

Günümüzdə Miopiyalı insanların (xüsusilə şagird və tələbələr arasında) sayı getdikcə artır.

Bəs nədir MİYOPİYA?

Miopiya elə bir göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur.

Niyə uzağı görə bilmirik?

Gözün optik şüa sındırma gücü çox qüvvətli olduğundan baxılan əşyaların xəyalı torlu qişada deyil daha öndə alınır. Bu isə öz növbəsində uzağa baxarkən bulanıq görməyə səbəb olur. Yəni işıq şüalarının fokus nöqtəsi retinadan əvvəl əmələ gəlir.

Bəzi ilkin simptomları müşahidə etdikdə miopiya xəstəliyinin olmasından şübhələnmək lazımdır.
  • Baş ağrısı
  • Göz yorğunluğu
  • Ətrafa baxarkən gözlərin tez-tez qıyılması

Miopiya çox zaman -6 dptr. qədər yüksəlir. (Bəzən daha yüksək ola bilər)

Miopiya zamanı dərman vasitələri istifadə olunmur. Çünki miopiyada hər hansı dərman preparatı effektiv deyil, fayda vermir.

- Miopiya korreksiya və birbaşa müalicə olunur.

- Miopiya diaqnozu qoyulan şəxslərdə gözün dibi (torlu qişa) müayinəsi mütləqdir.

Miopiyanın korreksiyasını eynəklərlə (yumşaq, bərk və gecə), kontakt linzalarla və lazer üsullarla (lasik) həyata keçirilər.