Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Katarakta (mirvari suyu)

Katarakta (mirvari suyu)

Katarakta korluq və zəif görmənin dünyada birinci səbəbidir.

Mirvari Suyu kimi tanıdığımız Katarakta büllurun (lens) bulanması olub, görmə itiliyinin düşməsi və görmənin dumanlanması ilə müşayiət olunur.

Kataraktalı xəstələrin əsas şikayəti görmə kəskinliyinin azalması və bulanıq görmədir. (Xüsusən yaşlılarda)

Cərrahiyyə əməliyyatı kataraktanın ən tez müalicə yoludur. Katarakta cərrahiyyəsi günümüzdə refraktiv cərrahiyyənin ayrılmaz parçasıdır.

Kataraktanın müalicəsində “qızıl standart” minimal invaziv və qansız fakoemulsifikasiya üsuludur. Bu zaman ultrasəs vasitəsilə bulanıq büllur kiçik hissələrə parçalanaraq mikrodəlik vasitəsilə gözdən xaric edilir və onun yerinə süni linza implant olunur.