Ambliopiya (göz tənbəlliyi)
Ambliopiya (göz tənbəlliyi) - gözün beyindən siqnal almaması səbəbindən yaranan patologiyadır.
Ambliopiya yaxud “Tənbəl göz” xəstəliyi dünyadə ən çox yayılmış görmə problemidir.
Bu gözün beyindən siqnal almaması səbəbindən yaranan patologiyadır.
Yəni gözdə və ya göz sinirində heç bir quruluş pozğunluqlarının olmamasına baxmayaraq, bir gözün o biri gözə nisbətən və ya hər iki gözdə görmə qabiliyyətinin normal hədlərdən daha aşağı düşməsi ilə əlaqədar yaranan göz xəstəliyidir.
Valideynlər bilməlidirlər ki, vaxtında müalicə olunmayan çəpgözlük ambliopiya xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər.
- Patologiya müxtəlif səbəblərdən (çəpgözlük, qırma qüsurları, katarakta, ptozis və.s) əmələ gəlir ki, ən əsas səbəbi valideynlər tərəfindən də hiss olunmayan gözün qırma qüsurları yəni eynək ehtiyacıdır.
Müalicə nə qədər erkən yaşda başlanılarsa nəticə də bir o qədər yaxşı olur.
Müalicə üsulları:
- Göz qapama bantları ilə sağlam gözün bağlanması və tənbəl gözün görməsini təmin etmək.
- Damla ilə sağlam gözdə görüntünü bulanıqlaşdırmaqla tənbəl gözün işləməsinə şərait yaratmaq.
- Sağlam gözə tünd kontakt linza taxmaq, eynəyin həmin tərəfdəki şüşəsinin rəngini tündləşdirmək.
Həmçinin günümüzdə virtual reallıq (kompüter oyunları) və CAM müalicəsi də effektiv müalicə üsulları hesab olunur.