Göz kanalının tıxanıqlığı
Gözdə sulanma, iltihablaşma, göz yaşı kisəsi nahiyəsində şişkinlik, abses kimi əlamətlərlə özünü göstərən gözyaşı kanalı tıxanıqlığı xəstəliyi göz sağlamlığına təhlükə yaradır.
Müalicənin gecikdirilməsi yaranan iltihabın gözyaşı kisəsindən gözətrafı toxumalara da yayılaraq vəziyyəti daha da ağırlaşdırır və əməliyyatı qaçınılmaz edir.
Uşaqlarda gözyaşı kanalının tıxanıqlığını yoxlamaq üçün Boya testi üsulundan istifadə olunur. Müalicə zamanı isə 1 yaşa qədər uşaqlarda masaj üsulu tətbiq olunur. Uşaq böyüdükcə tıxanıqlıq keçməzsə, zondlama üsulundan istifadə olunur.
Böyüklərdə isə müalicə zamanı xüsusi yuyulma üsulundan istifadə edilir. Yuyulma zamanı gözyaşı yollarına maye verilir. Tıxanıqlıq yenə də açılmazsa, bu hal artıq əməliyyata göstəriş sayılır.
Gözyaşı kanalı tıxanıqlığı cərrahiyyəsi!
Bu əməliyyat xaricdən heç bir kəsik olmadan göz qapaqları ilə burun arasındakı gözyaşı kisəsinə tətbiq edilir.