Göz infeksiyaları
Göz infeksiyaları zərərli mikroorqanizmlərin - bakteriya, göbələk və viruslar - kornea daxil olmaqla göz almasının və ya çevresindəki toxumaların bir qismini və xarici gözün incə membran pərdəsini və göz qapaqlarının içini ( Konyuktiva) əhatə etdiklərində meydana gəlir.
Göz infeksiyalarının əlamətləri:
- Ağrı
- Qaşıntı
- Gözdə axıntı
- Gözlərdə şişlik
- Bulanıq görmə
- Göz qızarıqlığı
- İşığa həssaslıq
- Göz ətrafında şişkinlik
- Hər hansı bir göz infeksiyasından şübhələndikdə mütləq bir göz müayinəsindən keçməkdə fayda var.
Göz infeksiyalarının bir neçə tipi var:
Blefarit - kirpik diblərindəki yağlanmalardan qaynaqlanır.
Dakrosistit - gözyaşı kanalında yaranan infeksiya çeşididir.
Orbital Selülit - bu infeksiya göz çevrəsində ki, toxumaları iltihablandıraraq qalıcı problemlərə yol açar.
Arpacık - göz qapağında yaranan şişkinlik. Dəridəki bakteriyalar tük folekuluna girdiyində meydana gəlir.
Keratit - bu kornea infeksiyasıdır. Sudakı bakteriya, virus və ya parazitlərdən qaynaqlana bilər. Kontakt linza istifadə edənlərdə yaranır.
Konyuktivit - daha çox uşaqlar arasında rastlanan bir göz infeksiyasıdır. İnfeksion konyunktivitin ümumi növləri əksər hallarda viral və ya bakterial mənşəyə malikdir.