Göz quruluğu
Quru göz sindromu (keratoconjuctivitissicca) göz yaşı istehsalının və keyfiyyətinin azalması nəticəsində göz alması səthinin nəmlənməsinin pozulmasıdır.
Quru göz sindromu, göz yaşı vəzilərin olmaması, göz qapaqlarının iltihabı, kontakt linzaların istifadə edilməsi, bəzi dərmanların təsiri, hormonal problemlər ilə yaranan göz yaşı çatışmazlığı və ya güclü buxarlanması nəticəsində inkişaf edir.
Əsas Şikayətlər: yanma, qıcıqlanma, yad cisim hissiyyatı, işığa həssaslıq, yapışqan ifrazat, kontakt linza istifadəsində çətinlik, görmənin bulanıq olması.
Göz quruluğunun müalicəsi bir necə üsulla aparıla bilər:
- İlk üsul süni göz yaşı əlavə olunmasıdır
- Növbəti üsul gözyaşının qorunmasıdır
- Digər bir üsul, bandaj kontakt linza istifadəsidir
Quru göz sindromunu aradan qaldırmaq üçün çox nadir hallarda göz axarlarının müvəqqəti tıxanıqlığı əməliyyatı icra olunur.