Göz qapağı xəstəlikləri
Ksantelazma
Göz qapağı dərisində dermisin üst tərəfində yağın makrofaqlar içərisində toplanmasına ksantelazma deyilir. Ksantelazma – yastı xoşxassəli dəri törəməsidir. Ksantelazma ksantomaların ən çox rast gəlinən formasıdır.
Üst və alt göz qapaqlarının iç tərəfində buruna yaxın nahiyədə parlaq sarı rəngdə ləkələr şəklində görülməkdədirlər.
Tək və ya çox sayda kiçik ləkələr şəklində başlayıb, zamanla böyüyüb və birləşə bilirlər. Bu yağ ləkələrinin içərisində xolesterin tapılmaqdadır.
Ksantelazma ağrısız və yumşaq konsistensiyalıdır. Əmələ gəlmə səbəbi dəqiq bilinməsə də, bu diaqnozla müraciət edən pasientlərin əksəriyyətində piylənmə, şəkərli diabet, pankreatit, qaraciyər sirrozu və qanda xolesterinin miqdarının yüksəlməsi müşahidə edilir. Ksantelazma görməyə problem yaratmaz.
Ptoz
Ptoz (göz qapağı sallanması) anadangəlmə və qazanılmış defekt olmaqla yanaşı, #gözxəstəliyi, eləcə də travmalar nəticəsində yarana bilər.
Ptoz zamanı üst göz qapağı sanki sallanır, xəstə gözünü bəzən tam bağlaya bilmir, göz qızarır, quruyur, tez yorulur, tez-tez iltihablaşır. Zamanla çəpgözlük, ambliopiya ("tənbəl göz") inkişaf edə bilər, gözün görməsi zəifləyər.
Tək müalicə əməliyyatdır! Xüsusilə göz tənbəlliyinə səbəb olarsa, zamanında əməliyyat mütləqdir.