Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Diabetik retinopatiya

Diabetik retinopatiya

Şikayəti olmasa belə şəkərli diabet xəstələrinin ildə ən azı iki dəfə göz müayinəsindən keçmələləri tövsiyədir. Çünki Diabetik retinopatiya məhz şəkərli diabetin gözdə yaratdığı ən ciddi fəsaddır hansı ki, görmənin tamamilə itirilməsi səbəbləri sırasında birinci yeri tutur.

Qanda şəkərin miqdarının artıq olması torlu qişanın damarlarını zədələyir. Nəticədə onların keçiriliciyi artır və qanın maye hissəsi damarlararası sahəyə süzülür. Bu, torlu qişanın şişkinləşməsinə və orada lipid kompekslərinin (bərk ekssudatın) toplanmasına gətirib çıxarır.

Yaratdığı Şikayətlər:
  • görmənin zəifləməsi
  • görmənin dumanlanması
  • torlu qişa və şüşəyəbənzər cismə qansızma

Diabetik retinopatiya şəkər xəstələrinin haradasa 40%-də görülür.

Diabetlilər!
  • Əgər yuxarıdakı əlamətləri özünüzdə hiss edirsinizsə, zamanında həkimə müraciət edin.
  • Zamanında aşkar olunmuş və müdaxilə edilmiş diabetik retinopatiyada 80% hallarda korluğun qarşısını almaq olur.

Müalicə metodunun seçilməsi xəstəliyin mərhələsindən asılıdır.

Lazer müalicəsi proliferativ diabetik retinopatiyada sıx icra edilir.

Əməliyyat isə artıq xəstənin gözündə davam edən uzunmüddətli bir qanama mövcud olarsa ("tractional retinal detachment" zamanı) icra edilir.

Əgər göz daxili maye olarsa, intravitreal Anti-VEGF dərmanlar inyeksiya edilir.