Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Çəplik (Strabismus)

Çəplik (Strabismus)

Hər gözün 6️ ədəd xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu zaman çəpgözlük yaranır.

Çəplik daxili, xarici çəpliklər, vertikal və horizontal çəpliklər, keçirilmiş iflic nəticəsində olan çəpliklər, qalxanabənzər vəzin patologiyaları nəticəsində meydana gələn ikigörmə şikayətləri kimi təzahür edir.

Çəpgözlük, istənilən yaşda müalicə oluna bilən göz xəstəliyidir.

Müalicələr səbəbə görə fərqlənir:
  • Eynək korreksiyası ilə
  • Tənbəl göz olduğu halda Qapama üsulu ilə
  • Göz əzələlərinin fiziki terapiyası əsasında ortoptik müalicə ilə və s.
Çəpliyi olan uşaqlarda aşağıdakı şikayətlər olur:
  • Baş ağrısı
  • İki görmə
  • Göz sulanır
  • Dumanlı görmə
  • İşıqdan qıcıqlanma
  • Gözdə paralellik itir
  • Başın məcburi vəziyyət alması
  • Oxuma zamanı bir gözü bağlamaq

Körpələrdə və uşaqlıq dönəmində olan çəpliklərin bir qismi yalançı (psevdo) çəplikdir. Yalançı çəplik burun kökünün genişliyinə görə olur. Dəqiq diaqnoz üçün mütləq oftalmoloqa müraciət etməlisiniz!

Əgər ilk müayinə vaxtında aparılmasa uşaqlarda estetik problemlə yanaşı ömür boyu qalan görmə azlığı ola bilər. Doğuşdan sonra və uşaqlıq dönəmində çəplik olmasa belə oftalmoloqa uşaqlarınızı göstərməyi unutmayın.

Müalicə prinsipi:
  • Refraktiv qüsur düzəldilməlidir (eynək yazılmalıdır)
  • Göz tənbəlliyi varsa müalicə olunmalıdır (Gözü bağlama üsulu)
  • Çəpliklərin bəzi növlərində dərhal, bəzi növlərində isə irəli yaşlarda çəplik əməliyyat planlaşdırılmalıdır