Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Allergik göz xəstəlikləri

Allergik göz xəstəlikləri

Gözümüzün anatomik quruluşu elədir ki, onun havada olan müxtəlif allergenlərlə təmasını asanlaşdırır.

Allergenlər:
  • toz (müxtəlif bitkilərin tozu)
  • nadir hallarda qidaya qarşı allergik konyunktivit
  • kosmetika, həmçinin məişət kimyasına qarşı allergiya
  • epidermal (heyvani yun və qabıq, tük, lələk, balıq qidaları)
  • məişət (gənə, ev tozu, kitabxana tozu, balış və döşəklərdə olan tüklər)

Gözlərin allergik reaksiya formaları göz qapaqlarının zədələnməsi, toksiko-allergik keratitlər, uveitlər və hətta göz sinirinin zədələnməsini aid etmək olar. Ən çox rast gəlinəni göz qapaqlarının allergik dermatiti və müxtəlif növ konyunktivitlərdir.

Əsas simptomlara intensiv qaşınma, qızartı, yaşaxma və qapaq şişkinliyi aiddir. Fəsadlı formada işıqdan qorxma da müşahidə oluna bilər.