Ümumi göz müayinəsi
Sağlam və xoşbəxt həyat üçün mütəmadi olaraq hərtərəfli göz müayinəsindən keçmək lazımdır.
Gözlə bağlı hər hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün yenidoğulmuşlarda, 1, 3 və 5 yaşında uşaqlarda, ildə bir dəfə isə böyüklərdə göz müayinəsini tövsiyədir.
Oftalmoloji müayinə zamanı ilk öncə pasiyentin şikayəti olmasa belə göz dibi mütləq müayinə olmalıdır.
Göz müayinəsində sizi hansı mərhələlər gözləyir?
- Görmə itiliyi testi
- Göz daxili təzyiqin ölçülməsi - Bəlli yaşın altında olan uşaqlar xaric hər kəsdə
- Göz hərəkətinin müayinəsi - Göz əzələlərin vəziyyəti çəpgözlük və diplopiya müayinələri ərzində yoxlanılır.
- Refraksiya testi - Refraksiya xətaları sayəsində aydın görmə qabiliyyətinin itməsi bizi eynək taxmağa vadar edir.
- Biomikroskopik müayinə - Xüsusi qurğuların köməyi ilə buynuz qişası, qüzehli qişa, büllur və tor qişası ətraflı müayinə edilir.
- Göz qapaqlarının müayinəsi - Göz qapaqlarının vəziyyəti, göz yaşı yolları, göz yaşı ifrazat sistemi və göz ətrafı sahələr yoxlanılır.
- Göz dibinin müayinəsi - Tor qişanın ayrılması, qlaukoma, beyin şişləri və digər xəstəliklər kimi bir çox halların əlamətlərini aşkar edir.
Qeyd! Diabetli xəstələrin göz müayinəsi daha detallı şəkildə həyata keçirilir.