PlusOptix
PlusOptix cihazı ilə körpə və uşaqlarda asanlıqla göz müayinəsi həyata keçirilir.
Uşaqlarda miopiya, hipermetropiya, astiqmatizm və ya çəpgözlük kimi bir çox göz xəstəliyinin olub-olmadığını aşkara çıxaran bir tarama testidir. Bu cihaz sayəsində uşaqlardakı göz böyüklüyünün və göz bəbəkləri arasında məsafə kimi uşaqlarda ölçülməsi çətin proseslər həssas şəkildə müəyyən edilir.
Müayinə 1.5 m uzaqlıqdan, əl dəymədən həyata keçirildiyi üçün körpələrə və uşaqlara asan-rahat bir şəkildə tətbiq edilir. Uşaqların əksəriyyəti müayinə əsnasında həkimlərdən və cihazlardan qorxa bilər və müqavimət göstərə bilər. Plusoptix sayəsində isə çox rahat bir şəkildə müayinə gerçəkləşər.
Uşaqların göz sağlamlığına qarşı diqqətli olmağınız və zamanında lazımi oftalmoloji müayinələrdən keçirməyiniz məsləhətdir.