Pakimetriya
Bu kornea qalınlığını ölçən bir testdir. Ultrasəsin gücü ilə həyata keçirilər. Orta hesabla kornea qalınlığı 550 mikrondur. Bu üsul qlaukoma və göz daxili təzyiq olan xəstələrdə rahat diaqnoz qoymağa kömək edir.
Pakimetriya xüsusilə eksimer lazer cərrahiyyəsi zamanı mexaniki keratomlarla qaldırılmış flaplardan sonra qalan kornea qalınlığının intraoperatif ölçülməsi üçün istifadə edilə bilər.
Keratokonus olan xəstələrdə crosslinking (çarpazlaşma) edərkən hipoosmoz riboflavin ilə kornea qalınlığının kifayət qədər artıb-artmadığını ölçmək üçün istifadə olunur.
Pakimetriya qısa zamanda və olduqca rahat icra edilən bir müayinə üsuludur.