Optik Koherens Tomoqrafiyası (OCT)
Qeyri-invaziv bir görüntüləmə texnologiyası olan Optik Koherens Tomoqrafiyası (OCT) makula, optiksinir, retina və koroid də daxil olmaqla, gözün arxa hissəsinin müayinə üsuludur. Müayinə zamanı gözün arxasını və anatomiyasını görmək mümkündür.
OCT 3D texnologiya köməyi ilə gözün ön hissəsinin arxa səth təbəqələrini fərdi olaraq qiymətləndirmək imkanı təklif edir.
OCT aşağıdakı göz xəstəliklərinin qiymətləndirməsində istifadə edilir:
- Qlaukoma
- Sarı nöqtə xəstəliyi
- Diabetik Retinopatiya
- Makula degenerasiyası
- Mərkəzi seroz retinopatiya
- Pre-retinal makula fibrozisi
- Retina damarlarının tıxanması
Müayinə zamanı göz bəbəkləri xüsusi damla ilə böyüdülmür.
Bir görüntü üçün 8-10 saniyə tələb olunur.