Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Göz xəstəliklərinin müalicəsi

Göz xəstəliklərinin müalicəsi

Göz xəstəliklərinin müalicəsi - Göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt erkən diaqnozdur.

Göz xəstəlikləri qəflətən və ya tədricən inkişaf edərək, görmənin kəskin zəifləməsi ilə özlərini büruzə verirlər. Bu tip patologiyalara gözün sinir-damar aparatının xəstəlikləri: görmə sinirinin atrofiyası və ya işemik neyropiyası, torlu qişanın arteriya və venalarının okklüziyası, xorioretinal distrofiyanı misal göstərmək olar.

Göz xəstəlikləri anadangəlmə və qazanılmış olmaqla, istənilən yaş dövründə yarana bilər. Uşaqlarda görmə funksiyasının azalması və itirilməsi psixi inkişafı ləngidir, onun nitq qabiliyyətinə, hərəkətlərinə, cəmiyyətdə mövqe tutmasına mənfi təsir göstərir.

Oftalmologiyada daha çox gözün optik aparatında qüsurlarla xarakterizə olunan xəstəliklər – uzaqdan görmə, presbiopiya, yaxındangörmə, astiqmatizm və s. qeydə alınır. Oftalmoloji patologiyaların böyük bir hissəsini görmə orqanının müxtəlif strukturlarının iltihabi xəstəlikləri – konyunktivit, keratit, blefarit, retinit, uveit, endoftalmit təşkil edir. Gözün zədələnmələri – yanıqlar, yad cismin düşməsi və mexaniki zədələnmələr nəticə etibarilə daha təhlükəli sayılır.

Bütün göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt erkən diaqnozdur. Dəqiq diaqnoz isə yüksək texnologiyaların köməyi ilə hərtərəfli müayinə sayəsində mümkündür. Gözlə bağlı hər hansı bir şikayət olmasa belə mümkün riskləri aşkarlamaq üçün rutin göz müayinələri tövsiyədir.