Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Floresein Angioqrafiya

Floresein Angioqrafiya

Floresein Angioqrafiya retina damarlarına təsir edən şəkər və təzyiqə bağlı göz damar qanamaları və tıxanıqlığı, sarı nöqtə xəstəliyi, göz içi törəmələri kimi bir çox xəstəlikdə diaqnoz qoyulmasında yardımçı olan bir üsuldur. Gözün ən iç təbəqəsini yaradan retina təbəqəmiz əslində görmə siniridir və damarla ən zəngin toxumalarımızdan biridir.

Göz dibi müayinəsi əsnasında buradakı damarları görə bilərik və beləcə ümumi olaraq vücudumuzdakı damara bağlı dəyişikliklər haqqında məlumata sahib ola bilərik. Rutin müayinənin ən önəmli parçası olan göz dibi müayinəsində şübhə etdiyimiz dəyişiliklər olarsa, diaqnoz qoymaq ya da müalicə istiqamətini seçmək üçün Floresein Angioqrafiya edilir.

Müayinə zamanı rəngli boya əlimizdəki damar vasitəsilə daxilə inyeksiya edilir. Bu maddə göz dibi damarlar çatan zaman, bu damarlar asanlıqla görünən hala gəlir. Bu metoddan istifadə edərək, damar divarında dəyişikliklərin aşkar edilməsi çox asan olur və aşkar edilmiş xəstəlikləri izləmək mümkündür. Bu proses əsasən diabet xəstələrində, yaşa bağlı və ya anadangəlmə sarı ləkə xəstəliyi (makula), gözdaxili iltihablarda (uveit) çox geniş istifadə olunur. Bu boya orqanizm üçün zərərsizdir və çox az miqdarda tətbiq olunur, sidiklə xaric edilir.