Linzalardan istifadə zamanı bəzən gözdə ağrı, narahatlıq meydana gələ bilər.
Apteklərdə və optik mərkəzlərdə ürəyiniz istədiyi qədər linza tapa bilərsiniz. Amma linza seçimində ehtiyatlı olmaq lazımdır, çünki keyfiyyətsiz məhsul göz sağlamlığına zərər vura bilər.
Rəngli kontakt linzalar çox aşağı oksigen keçiriciliyinə malik olduğundan məsləhət görülmür.
Pasiyentlərin əksəriyyəti yumşaq kontakt linzalardan istifadə edirlər, amma bəzi göz xəstəliklərində, məsələn keratokonusda bərk, möhkəm kontakt linzalar məsləhət görülür. Elastik linzalar istifadəsi asan və rahat olsa da sağlıqlı deyil.
Linza həkim-oftalmoloqa müraciət edilməklə görmə qabiliyyətinin pozulmasının növü və səviyyəsindən, yaşdan və sağlamlıqdan asılı olaraq seçilməlidir. Çünki kontakt linzaların gəzdirilməsinin bir sıra zərərli tərəfləri də var.
Rahat və praktiki görmə korreksiyası vasitəsi olan kontakt linzalardan istifadə zamanı bəzən gözdə ağrı, narahatlıq meydana gələ bilər.
Bunun səbəbi nədir?
Göz quruluğu
Buynuz qişanın həssaslığı
Linzaya bağlı gözün mikrobik xəstəlikləri
Qeyri düzgün istifadə.(kran suyundan istifadə və gecə linza ilə yatmaq məsləhət deyil)
Kontakt linzaları həkim məsləhəti ilə seçmək lazımdır. Linza həkim-oftalmoloqa müraciət edilməklə görmə qabiliyyətinin pozulmasının növü və səviyyəsindən, yaşdan və sağlamlıqdan asılı olaraq seçilməlidir.