Əksəriyyət bir dəfə belə olsa gözdə itdirsəyi ilə qarşılaşıb. Lakin bəzilərində bu, mütəmadi olaraq ortaya çıxır.
Bəs itdirsəyi nədir?
Tez-tez yaranması nədən xəbər verir?
İtdirsəyi – göz qapağının kirpik dibi hissəsində kiçik və böyük piy vəzilərinin irinli iltihabıdır. İtdirsəyi adətən infeksion mənşəli olur, stafilokokk tərəfindən törədilir. Gözün mikroblanmasından qaynaqlanan xalyazion, qızartı, yüngül ağrı və narahatlıq yaradır.
Kiçik piy vəzilərinin iltihabı problem yaratmadan asanlıqla aradan qalxa bilər.
Böyük piy vəzilərinin yaratdığı itdirsəyi isə kistləşərək xalyazion ağırlaşması verə bilər. Bu zaman cərrahi müdaxilə gərəklidir.
Cərrahiyyə olunmaq istəmirsinizsə, zamanında özünü müalicə üsullarından çəkinərək həkimin göstərişi ilə müalicə olunmaq lazımdır.