Yanlış bir fikir formalaşıb ki, "göz təzyiqi yüksəlibsə, gözdə mütləq ağrı baş qaldırmalıdır". Bu doğru yanaşma deyil.
Göz ağrıları tez-tez rast gəlinən, əksər pasiyentin şikayət etdiyi problemlərdən biridir.
Göz ağrılarının əsas səbəbləri yorğunluq, az işıq, uzun müddət televizora baxmaq, gözdə meydana gələn infeksiyalar, gözə yad bir cismin qaçması, gözün iltihabı xəstəlikləri, sinir mənşəli ağrılar, göz təzyiqinin yüksəlməsi ilə baş qaldıran ağrılar ola bilər.
Yanlış bir fikir formalaşıb ki, "göz təzyiqi yüksəlibsə, gözdə mütləq ağrı baş qaldırmalıdır". Bu doğru yanaşma deyil. Məsələn Qluakoma (qara su) xəstəliyində göz təzyiqi yüksəlsə də bəzən ağrı müşahidə olunmur. (Bağlı bucaqlı Qluakoma istisna olmaqla. Bu zaman güclü baş və göz ağrıları müşahidə olunur)
Gicgah nahiyələrində ağrı, gözlərin hərəkəti zamanı ağrı, gözlərdə yorğunluq, bulanıq görmə gözün ciddi xəstəliklərinin əlamətidir. Və 100% müayinə tələb edir!
Çünki göz siniri xəstəliklərində də göz hərəkəti zamanı ağrılar müşahidə edirik. Təzyiq zamanı bu hal çox da müşahidə olunmur.
Gözə xəfifcə basıldıqda şiddəti artan göz ağrıları, gözün iç qatlarındakı enflamasyonun əlaməti ola bilər. Eynək taxırsınızsa, göz dərəcənizin dəyişməsi də gözünüzdə ağrıya səbəb ola bilər.
Göz ağrılarının səbəblərindən asılı olaraq bir çox müalicə üsulları var. Göz ağrısı müalicəsinə başlamazdan qabaq ağrının səbəbi müəyyən olunmalıdır.