Düzgün seçilməyən eynəklər zəif görmə ilə yanaşı göz ağrısı, baş ağrısı, ümumi yorğunluq kimi şikayətlərə səbəb ola bilər. Həmçinin vizual olaraq bəyənmədiyimiz eynəklərə də gec adaptasiya oluruq.
Körpələrin eynək seçimində isə yol verilən xətalar onlarda geridönməyən göz tənbəlliyinə gətirib çıxara bilər.
Bəs eynək seçimində nələrə diqqət edilməlidir?
Şüşələr kirpiklərə dəyməməli
Burun və qulaq arxasını sıxmamalı
Gözlər eynək şüşələrinin mərkəzində olmalıdır
Dəriyə təmas edən hissələr dərini qıcıqlandırmamalıdır
Aşağı baxdıqda burun üzərindən sürüşüb düşməməlidir
Ağır olmamalı, yüngül və elastik eynəklərə üstünlük verilməlidir
Hipermetrob (+) şüşələrdə çərçivə nə qədər kiçik olsa daha yaxşıdır
Orqanik şüşələr gec qırıldığı və qırılarkən çiliklənmədiyi üçün məsləhətdir
Körpələrdə şüşə mütləq sınmayan (orqanika və polikarbonat) materialdan olmalıdır
Astiqmatizm üçün yazılan eynəklərin çərçivələri nisbətən böyük və kənarları bağlı çərçivə seçilməlidir. Dairəvi çərçivələr məsləhət deyil.