Gözlərdə yaranan çəpliyi hər zaman müalicə etmək olar, amma çəplik nəticəsində yaranan göz tənbəlliyində 10 yaşdan sonra müalicə nisbətən çətin irəliləyir, bəzən isə görmə bərpa olunmur, yalnız estetik görüntü düzəlir.
Uşaq doğulan kimi müayinədən keçirilməlidir. Çəpgözlük ilk dörd ayda aşkarlanarsa, müalicə daha yaxşı nəticə verər. Bəzən çəplik sadəcə üz quruluşu ilə bağlı ola bilər və zamanla keçər. Bu səbəbdən müayinələrdən və əməliyyatdan qorxmaq lazım deyil.
Böyüklərdə də müxtəlif səbəblərdən yaranan çəpgözlüyün (strabismus) müalicəsi mümkündür. Prizmatik eynəklər və cərrahiyyə böyüklərdəki çəpgözlük müalicəsi üçün seçim variantlarıdır.